Maraqlı

“Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

8 Dekabr 2018 19:18
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" şirkətinin Robinsvil şəhərində ( Nyu-Cersi ştatı) yerləşən anbarında qeyri-adi qəza baş verib. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi maddənin olduğu balonu aşırıb. Sprey şəklində olan həmin maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti korluğa səbəb olur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Engadget"  məlumat yayıb.

Hadisə nəticəsində maddə yaxınlıqda olan insanların tənəffüs yoluna gedib və işçilərin halı pisləşib. 20-dən çox şirkət əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın baş verdiyi anbarda 3000-ə yaxın insan çalışır.

Amerikanın "ABC News" telekanalı zərərçəkənlərdən birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını deyib. Daha üç nəfərə yerində ilkin tibbi yardım göstərilib.

"Amazon" hadisənin təfərrüatını açıqlamasa da, mediya nümayəndəsi hadisəni içəridə olan robotlardan birinin törətdiyini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.