Maraqlı

Şakiranın 14,5 milyon vergi borcu var

8 Dekabr 2018 18:49
0 Şərh     Baxış: 254

Dünya ulduzu Şakira yenə də gündəmə gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "El Pais"in yaydığı məlumatına görə, kolumbiyalı müğənni vergi ödəməyib.

Şakiranın 14,5 milyon avro vergiyə borcu var. Məlum olub ki, ifaçı 2012-ci 2014-cü il arasında vergi ödəməyib. Yaxın günlərdə məhkəmə Şakiraya qarşı iş qaldıracaq. 

İspaniya qanunlarına görə, bu ölkədə bir il yarımdan artıq yaşayan hər kəs gəlir və əmək vergi ödəyicisi olmalıdır. Çakira isə 2011-ci ildən futbolçu sevgilisi Jerar Piklə birlikdə orada yaşayır. 

Müğənni 3 il ərzində İspaniyada yetəri qədər çox qalmayıb. Çünki o, qastrollarda olub.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.