Maraqlı

Britaniya kral ailəsində qalmaqal: Şahzadələr bir-birini görmək istəmir

8 Dekabr 2018 17:14
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı şahzadə Uilyam və Keyt Middlton Kral fondunun iclasına gəlməkdən imtina edib. Buna səbəb həmin görüşdə şahzadə Qarri ilə Meqan Marklın iştirak etməsi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda The Sun nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Məlumata əsasən Britaniyalı şahzadə Harri böyük qardaşı Uilyamın ünvanın sərt ittihamlar irəli sürüb. Harri qardaşının onunla həyat yoldaşı Meqan Mark arasında olan münasibətləri korlamağa çalışdığını iddia edir.

Nəşrin mənbəyi təfsilatlara varmaqda çəkinsə də, Qarrinin əvvəllər anası - şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hiss etdiyini və buna görə həyat yoldaşını himayə etməyə çalışdığını söyləyib.

"O Meqana ünvanlanan heç bir tənqidi qəbul etmir, bu məsələdə o qədər həssasdır ki, istənilən sözü tənqid kimi və neqativ olaraq qəbul edir", - deyə mənbə qeyd edir.

Britaniyanın "sarı mətbuatı" bir müddət əvvəl də, kral ailəsinin üzvləri arasındakı münasibətlərdə gərginliyin yaşandığını  yazırdı.  İddiaya görə, məhz qardaşlar arasında düşən söz-söhbətdən sonra Harri həyat yoldaşı ilə Kensinqton sarayından köçməyə qərar verib. Sonradan bu informasiya təkzib olunub: cütlüyün şəxsi həyat toxunulmazlığına görə yaşayış yerini dəyişdiyi bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.