Maraqlı

"Heç vaxt evli olmamışıq"

8 Dekabr 2018 15:39
0 Şərh     Baxış: 1 093

Vilma Elles Kerem Göğüşlə münasibətlərinin bitməsi iddialarından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Öyle bir geçer zaman ki" serialı ilə məşhurlaşan 2011-ci ildə iş adamı Kerem Göğüşlə eşq yaşamağa başlayıb. Cütlüyün 2015-ci ildə Milat və Melodi adlı əkizləri dünyaya gəlib.

Elles və Göğüşün uşaqları doğulandan sonra onların nikah masasına oturduğu deyilib. Son günlər heç birlikdə görüntülənməyən cütlüyün bu dəfə boşandığı deyilib.

Elles bunla bağlı suallara "Özəl həyat olduğu üçün danışmaq istəmirəm. Biz heç vaxt rəsmi olaraq evli deyildik. Ona görə də boşanma halı yoxdur" cavabını verib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.