Maraqlı

Məşhur müğənninin xəstə uşaqla görüşü hamını ağlatdı - VİDEO

10 Dekabr 2018 05:30
0 Şərh     Baxış: 2 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Haluk Ləvənt İzmirin Qarabağlar rayonunda çox nadir "Epidermolysis Bullosa" xəstəliyi ilə anadan olan 11 yaşlı Elfida Gündüzü teatr səhnəsinə dəvət edib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, , dram kursuna gedən Elfida bir neçə həftə əvvəl Karşıyaka bələdiyyə sədri Hüseyin Mutlu Akpınarın qonağı olmuşdu və özü yazdığı pyesin səhnəyə qoyulmasını istəmişdi. Akpınarın dəstəyi ilə Elfida kurs yoldaşları ilə birlikdə "Kelebek etkisi" adlı pyesini səhnələşdirdi.

Elfida xəstəliklə mübarizəsini, xəyallarını və sevinclərini uğurlarını səhnələşdirdi və tamaşaçıların alqışını qazandı. Bələdiyyə sədri də kiçik bir rol ilə səhnəyə çıxmışdı və Haluk Ləvənt sürprizi ilə Elfidanı daha da sevindirdi.

Akpınarın istəyi ilə gözlərini bağlayan Elfida bir anda gözünü açanda ən çox sevdiyi müğənnini gördü. Müğənni "Elfida" adlı mahnını Gündüz üçün oxudu.
Haluk Ləvənt deyib:

"Elfidanın ən böyük arzusunun mənimlə tanış olmaq olduğunu eşidən kimi tərəddüd etmədən gəldim. Heç bir şey kiçik bir qəlbi xoşbəxt etməkdən önəmli deyil".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Haluk Ləvəntin xəstə uşaqla görüşü hamını ağlatdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.