Maraqlı

Kia yenilənmiş Seed GT təqdim edib - FOTO

5 Yanvar 2019 23:58
0 Şərh     Baxış: 1 393

Koreyanın avtomobil istehsalçısı olan KIA hetçbək Ceed-in idman versiyasını təqdim edib. Modelin xarici görünüşü elə də dəyişilməyib: yeni bamperlər, radiator barmaqlığı, kandar əlavələri, qaz buraxma sisteminin iki borusu, o cümlədən 18-düymlük təkər diskləri.

Milli.Az auto.a-a istinadən bildirir ki, Ceed GT-nin salonunda yeni oturacaqlar quraşdırılıb. Həm oturacaqlarda, həm də salonun digər yerlərində qırmızı tikişlər var. Nəhayət, avtomobil idman üslubunda yeni sükan alıb.

Yeni nəslə mühərrik elə sələfindən keçib, 1,6-lirlik turbo dördlük. Lakin o, təkmilləşdirilib və 204 a.g., 265 Nm fırlanma anına malikdir. Əvəzində isə 7-pilləli, iki muftalı sürət qutusu peyda olub. Onun ötürücüləri sükan arxasındadır. Müştərilər, həmçinin 6-pilləli mexaniki sürət qutusu sifariş verə bilərlər.

Əsas dəyişikliklər avtomobilin asılqanında və idarəetmə sistemində edilib. Ceed GT-də daha sərt yaylar, köndələn müqavimətli yumşaq sabitləşdiricilər quraşdırılıb. Dönmələr zamanı aparıcı təkərlər arasında fırlanma anının bölüşdürülməsi üçün yeni əyləc sistemi də quraşdırılıb. Hərəkəti sabitləşdirən sistem də yenidən tənzimlənib. Nəhayət, yeni hetçbək daha sərt sükan mexanizmi alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.