Maraqlı

Lamborghini-dən Aventador SVJ - FOTO

5 Yanvar 2019 22:01
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxdan gözlənilən debüt nəhayət ki, oldu. Lamborghini rəsmən Aventador SVJ versiyasını təqdim etdi. Bu avtomobil Nyurburqrinq trasında yeni rekorda imza atıb. O, bir dövrü 6 dəqiqə 44,95 saniyəyə başa vurub. Bu da Porsche 911 GT2 RS-dən iki saniyə tezdir.

Milli.Az auto.a-a istinadən bildirir ki, Aventador SVJ 6,5-litrlik, 770 a.g. və 720 Nm fırlanma anına malik atmosferli V12 mühərriki ilə təchiz edilib. Bu, superkara ilk yüzlüyü cəmi 2,8 saniyəyə yığmağa kömək edir. Avtomobil 300 km/saat sürəti isə 8,6 saniyəyə yığır.

Bundan əlavə, avtomobil fəal aerodinamika sistemi alıb ki, bu, qarşı müqavimət əmsalını və sıxma gücünü dəyişməyə, dönmələr zamanı sağ və sol tərəfə ağırlığı dəyişməyə imkan verir və beləliklə, idarəetmə daha da yaxşılaşır. Bu, maksimal sürət zamanı superkarın sıxma gücünü 490 kq-dək artırmağa imkan verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.