Maraqlı

Azərbaycanlı model dünya ikincisi oldu - FOTO

8 Dekabr 2018 10:24
1 Şərh     Baxış: 2 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Türkiyədə "Best Model of World" model müsabiqəsinin final mərhələsi baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə Azərbaycan təmsilçiləri də iştirak edib.

Həmyerlimiz Şakir Əhmədzadə "1st Runner Up" titulunu qazanaraq dünya ikincisi, Cəmilə Qoluboviç isə beşliyə daxil olaraq "Best Grace" adının sahibi olub.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl Bakıda "Best model of Azerbaijan" müsabiqəsi baş tutmuşdu. Yarışmanın qalibi Aygül Səfərova "Best Model of World"a getməkdən imtina etmiş, bu səbəbdən onun birincilik titulu əlindən alınaraq Cəmilə Qoluboviçə verilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.