Maraqlı

"Audi" 64 mindən çox maşını geri çağırır - Dizel qalmaqalına görə

7 Dekabr 2018 22:21
0 Şərh     Baxış: 2 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın avtomobil nəhəngi "Audi" 64 minə maşını geri çağırır.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, buna dizel qalmaqalı ilə bağlı olan V-TDI mühərrikləri səbəb olub.

Məlumata əsasən, mühərriyin idarə olunmasına dair proqram təminatının bir hissəsi silinəcək. Geri çağrılma A6, A7 "Sportback", A8, Q5 və SQ5 modellərinə şamil edilir. Sözügedən markalar Avro-6 standartlarına cavab verməyib.

Qeyd edək ki, dizel böhranı 2015-ci ildə "Volkswagen" şirkətində yoxlamalardan sonra başlayıb. Şirkət bilərəkdən prqoram təminatı vasitəsilə avtomobilin ətraf mühitə buraxdığı zərərli qazların miqdarını azaldıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.