Maraqlı

Təcrübəçi "Google"u 10 milyon ziyana saldı

7 Dekabr 2018 21:58
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkətinin əməkdaşının səhvən başlatdığı onlayn reklam korporasiyaya 10 milyon dollar ziyan vurub.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Qəzetin xəbərinə əsasən, insident çərşənbə axşamı baş verib. "Google"un təcrübəçisi onlayn şəbəkədə reklamın necə yerləşdirilməsini nümayiş etdirən zaman yalnış düyməyə basıb. Nəticədə test reklam elanı ABŞ və Avstraliyada yayımlanıb.

İllik 60 milyard dollar dövriyyəsi olan "Google"dan bildiriblər ki, reklam  45 dəqiqə ərzində aktiv olub. Daha sonra şirkətin əməkdaşları reklamı dayandıra biliblər.

Dəymiş ziyan barədə rəsmi açıqlama verilməsə də, mənbə "Financial Times"a bunun 10 milyon dollar ola biləcəyəni vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.