Maraqlı

Alimlərindən qaranlıq materiya və enerji ilə bağlı YENİ KƏŞF

7 Dekabr 2018 22:14
0 Şərh     Baxış: 567

Oksford universitetinin alimləri yeni kosmoloji modeli təqdim ediblər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu model müasir fizikanın qaranlıq materiya və qaranlıq enerji ilə bağlı ən böyük suallarından birinə cavab ola bilər. Alimlərin hesabatı "Astronomy və Astrophysics" jurnalında dərc edilib.

Hesabatın müəllifi Ceymi Frans yazıb:

"Qaranlıq enerji və qaranlıq materiya Kainatın 95 faizini təşkil edir. Bununla yanaşı, bu iki fenomenin fiziki təbiəti sirr olaraq qalır".
Alim bildirir ki, bu iki fenomen bir substansiyada-ətrafdakı bütün materialı özündən itələyən "mənfi qravitasiyaya" sahib mayedə birləşə bilər.

Kainatın müasir modeli "Lyambada-CDM" adlanır və qaranlıq materiya və qaranlıq eenrjinin xüsusiyyətlərini izah etmir. Onların hər ikisinin mövcudluğu qravitsiya effektinə görə məlumdur. Qaranlıq materiya və qaranlıq enerji müşahidə edilməyən materiyaya qravitasiya effekti ilə təsir edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.