Maraqlı

Qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb - VİDEO - FOTO

7 Dekabr 2018 21:43
2 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da qadın "ölü" hesab etdiyi qızına onilliklər sonra qovuşub.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Floridada baş verib.

Ştatın 88 yaşlı sakini Jenevyeva Purinton ölmüş zənn etdiyi qızını 69 il sonra tapıb. Məlumata görə, 69 il əvvəl həkimlər hansısa səbəbdən ana olan qadına körpəsinin ölü doğulduğunu bildiriblər. Bu səbəbdən uşaq başqa ailəyə verilib. Lakin o, böyüyüb və həmişə öz anasını tapmağı arzu edib. DNT testi və müasir texnologiya artıq böyümüş qadına öz arzusunu həyata keçirməyə - yenidən anasına qovuşmağa kömək edib.

Ana və övladı görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.