Maraqlı

Parlamentin binası əlindən alınır

6 Dekabr 2018 22:31
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailandın Milli Qanunvericilik Assambleyası (parlament) yeni il ərəfəsində ölkə parlamentinin 44 ildir ki, yerləşdiyi Banqkokun tarixi mərkəzində olan bina kompleksini tamamilə azad etməlidir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, əsas qanunvericilik orqanı hesab edilən qurum üçün hələ yeni binanın tikintisi hələ başa çatmayıb. Yanvar ayından Milli Qanuvericlik Assambleyası iclasların keçrilməsi üçün məkan kirayə edəcək.

İlkin variant kimi BMT-nin Asiya-Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyasının qərargahının konfrans zalı və ya Thammasat Universitetinin böyük auditoriyalarından biri nəzərdə tutulub.

Kiak Kay şəhərində Çaopraya çayının sahilində tikilən yeni parlament binası 2019-cu ilin iyun ayında hazır olacaq.

İlk dəfə 2011-ci ildən keçirilən ümumi parlament seçkiləri 2019-cu ilin fevralında keçiriləcək.

Müvəqqəti parlament 2018-ci ilin dekabrında bina kompleksinin kirayə müddəti bitdiyi üçün binanı tərk edir.

2019-cu ilin yanvarından isə parlamentin 1974-cü ildən istifadəsində olan ərazi Kral Əmlakı Bürosuna qaytarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.