Maraqlı

Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb

6 Dekabr 2018 20:52
0 Şərh     Baxış: 1 516

"Erkenci kuş" serialının baş rol ifaçısı Demet Özdemirin "Beşiktaşlı" futbolçu Oğuzhan Özyakupun əlindən bezdiyi deyilir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iddiaya görə, Oğuzhan bir il eşq yaşadığı və ötən il ayrıldığı Demeti tez-tez narahat etməyə başlayıb. O, aktrisaya zəng vuraraq onunla barışmaq istədiyini və onu hələ də unuda bilmədiyini bildirib.

Məlumata əsasən, Özdemir hər dəfə telefonu Özyakupun üzünə bağlayır. Sonuncu dəfə isə çəkiliş meydançasında ona zəng gələndə götürərək "Bir də məni narahat eləmə" deyə qışqırıb. Bunu Demetin tərəf müqabili və sevgili olduğu deyilən Can Yaman eşidib və növbəti dəfə futbolçu ilə özü danışacağını söyləyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.