Maraqlı

Dünya gözəllik müsabiqəsində iki trans iştirak edəcək - FOTO

6 Dekabr 2018 19:10
0 Şərh     Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 dekabr tarixində Taylandın Banqkok şəhərində "Miss Universe" gözəllik müsabiqəsi keçiriləcək.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, müsabiqədə iki trans qadın da tac uğrunda mübarizəyə qoşulacaq. İspaniyanı təmsil edən Ancela Pons adlı trans qadın artıq müsabiqənin favoritinə çevrilib.

27 yaşlı Ancela İspaniyanın Seviliya bölgəsində anadan olub. O, bildirib ki, əgər müsabiqənin qalibi olsa, bu, insan hüquqları üçün bir zəfər olacaq.
"Trans qadınlar uzun müddət mühakimə edildi və onlara saymazlıq olundu. Əgər tacı mənə versələr, bu, trans qadınların trans olmayan qadınlar qədər qadın olduğunu sübut edəcək", - deyə Pons "Time" jurnalına müsahibəsində deyib.

16 yaşında hormonal müalicə olunan və 24 yaşında vaginaplastika əməliyyatı keçirən Ancela iyun ayında "İspaniya gözəli" seçilib. 

Kolumbiyanı təmsil edən Valeriya Morales isə bu müsabiqənin "qadın doğulanlar üçün" olduğunu bildirmişdi və Pons ilə mübahisə etmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.