Maraqlı

Halluks valgus xəstəliyi nədir?

9 Dekabr 2018 22:25
0 Şərh     Baxış: 3 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə geyindiyiniz hündürdaban ayaqqabı ola bilər.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, türkiyəli travmatoloq Şərəf Aktaş baş barmaqda bəzən yaranan çıxıntı, ayaqda yaranan deformasiyanın səbəbindən bəhs edib.(Baş barmaqda sümüyün kənara çıxması və böyüyərək ayağın formasını pozması)

Onun sözlərinə görə, halluks valgus xəstəliyini yaradan səbəblərdən biri də məhz hündürdaban ayaqqabılardır. Həkim, buna səbəbin deformasiya olduğunu bildirib.

Halluks valgus deformasiyaya səbəblər:

Genetik faktor - Belə xəstələrin böyük qismində genetik bu xəstəlik genetik olur.

Dar, yüksək ölçülü ayaqqabılardan istifadə edən bir qism xəstədə bu müşahidə edilsə də, digər qism xəstələr isə hər zaman idman ayaqqabılarına üstünlük versələr dəbu xəstəlikdən qaça bilmirlər.

Ayağın içə basılması, düz dabanlılıq da halluks valgus və digər barmaqda formanın pozulmağına səbəb ola bilir.

Həkim tərəfindən müayinə olunduqdan sonra isə müalicənin növünə qərar verilir. Burada düzgün qərarı vermək, yenidən xəstəliyin yaranma ehtimalının qarşısını almaq üçün çox vacibdir.

Əməliyyatsız müalicə mümkündür?

İlk müalicə seçimi əməliyyat deyil. Müalicə əsnasında:

Önü geniş rahat və yumşaq ayaqqabılar,

Barmaqarası ayaqqabılar

Ayağın arxası aşağı olan xəstələrdə ortopedik dabanlıqdan istifadə etməkləri məsləhət görülür.

Bütün bu üsullardan sonra ağrısı davam edən xəstələrdə cərrahi müalicəyə müraciət edilir.

Əməliyyatdan sonra xəstə xəstəxanada ən çox 1 gün qalır. Əməliyyatdan sonra 2 və ya 3 saatda xəstələr topuqlarına basaraq ya da xüsusi ayaqqabıdan istifadə edərək yeriyə bilərlər.

Adətən uyğun müalicə üsulu seçilərsə təkrarlanma müşahidə edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.