Maraqlı

Körpələrdə "su zəhərlənməsi" nədir?

8 Dekabr 2018 20:25
1 Şərh     Baxış: 494

Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə bilər. Mütəxəssislər su verməmək barədə valideynlərə tövsiyələr edib.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, su zərərsiz içki kimi görünə bilər. Ancaq araşdırmalara görə, uşaqlara su vermək böyük risk daşıyır. Körpələr tərəfindən istifadə edilən su, "su zəhərlənməsinə" səbəb yarada, bu da uşağın krizə girməsinə, hətta ölümünə səbəb ola bilər.

Bəs suya həqiqətən ehtiyac varmı?

Körpələrə ən az 6 ay ana südü verilməlidir. 6 aydan sonra 1 udqunluq su vermək güvənli qəbul edilir. Ancaq edilən yeni araşdırmalara görə, körpələr 1 yaşına qədər su olmadan yaşaya bilər. Körpələr su ehtiyacını ana və ya inək südü ilə qarşılayır.

Su körpələr üçün nə üçün təhlükəlidir?

Ana südünün tərkibində protein, vitamin, mineral, karbonhidrat və yağ kimi ehtiyac duyulan qida maddələri var. Həkimlər, suyun tərkibində uşağa lazım olan mineralların olmadığını bildiriblər:

"Ana südündə bu ehtiyaclar var. Qısa müddətdə çox su verildiyində su zəhərlənməsi yaşana bilər. Böyüklər susuzluğu nəzarət altına ala bilər. Ancaq bu, körpələrə məxsus deyil. Bu səbəbdən su zəhərlənməsi ölümlə nəticələnə bilər".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.