Maraqlı

Hansı hazır qida(smes) daha yaxşıdır?

8 Dekabr 2018 22:05
1 Şərh     Baxış: 973

Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilində desək smeslər...

Bəzən analar öz südündən özləri imtina edirlər ki, bunu həkimlər çox yanlış addım kimi dəyərləndirirlər. Bəzi analar isə hansısa xəstəlik səbəbindən müalicə almalı olurlar. Bu səbəbdən də onlara süd vermək qadağan edilir. O zaman hazır qidalara keçirilir.

Bəs hansı hazır qidalar (smeslər) daha yaxşıdır?

Milli.Az immunitet.az-a istinadən bildirir ki, əksər valideynləri düşündürən sualın cavabını pediatr Xəyalə Quliyeva immunitet.az-a cavabladı.

Onun sözlərinə görə, hər halda ilk tövsiyə edilən ana südüdür. Ancaq bəzi hallarda təəssüf ki, hazır qidalara ehtiyac duyulur:

"Bəzi analar düşünürlər ki, uşaq smes yeyirsə daha yaxşı qidalanır, kökələcəklər. Uşaqda daha yaxşı inkişaf olacaq. Smes uşağı süni şəkildə kökəldə bilər".

Quliyeva, əvvəlcə ana südünün çatıb-çatmadığını müəyyənləşdirməyin lazım olduğunu qeyd edib:

"Bunun üçün uşağın həftəlik, aylıq çəkisinə baxmaq lazımdır. Birinci ayda 600 qr, ikinci aydan 6-cı aya qədər 700-800 qr artım olmalıdır. Bir yaşına kimi hər aya 400 qr çəki almalıdır. Əgər uşaq almırsa, pamper dəyişimi bir-iki dənədirsə deməli doğurdan da ana südü çatmır. Əgər çox dəyişirsə aylıq artım 700-800 qr aralığındadırsa deməli ana südü yetərlidir. Ən yaxşı smes deyilən anlam yanlışdır. Bəzən nutrilon qəbzlik verir friso kabrita, humana əksər zaman bütün uşaqlara düşür. Yəni bu sırf uşağın orqanizmindən asılıdır. Sadəcə qiymət fərqi var. Yoxsa xüsusi bir hal yoxdur".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qumru · 9 Dekabr 00:1400

    Oglum dogulanda travma almiwdi deye hekim 2 ay onu hetta cox terpetmeye bele icaze vermirdi. Ona gore de emdire bilmirdim cox. Suni qida Nutrilak yeyirdi. Bir muddetden qebizlik muwahide eledim. Hekimine dedim yemeyini deyiwdi Hipp organik ve combiotic secdik. Ve sona kimi de bu smesi ve kawasini yedi. Qizimda amma Nestle Nan yazib hekim, ana sudu yeyir gunde 1 defe smes verirem, ya da telesende. Amma hekimim yemeyin kwyfiyyetinden gileylenib keci sudu meslehet gormuwdu. Sadece keci sudunu bir gun tapib, bir gun tapa bilmeyeceyimi duwunub ele Nestle Nan la davam etmeyi duwunurem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.