Maraqlı

Milyarder şirkətini sata bilər

7 Dekabr 2018 00:45
1 Şərh     Baxış: 683

Milyarder Maykl Blumberq "Radio lowa" radiostansiyasına müsahibəsində bildirib ki, 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürsə, çox güman ki, maliyyə bazarlarının peşəkar iştirakçıları üçün informasiya təchizatçısını və ABŞ-da aparıcı xəbər təşkilatlarından birini - "Bloomberg LP" şirkətini satacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, M.Blumberqin sözlərinə görə, o, ya şirkəti satacaq, ya da maraqların toqquşmasının qarşısını almaq üçün onu inanılmış şəxsə etibar edəcək. Lakin əlavə edib ki, 76 yaşında olduğuna görə şirkəti satmaq onun üçün daha məqsədəuyğun olardı.

Qeyd edək ki, "Bloomberg" şirkəti 1981-ci ildə Maykl Blumberq tərəfindən təsis edilib. Hazırda şirkətin səhmlərinin 88 faizi milyarderə məxsusdur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 7 Dekabr 01:1600

    76 yaş. Ürəyindən hələ prezident olmaq keçir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.