Maraqlı

Danimarka birdəfəlik plastik paketlərdən imtina edir

7 Dekabr 2018 07:43
0 Şərh     Baxış: 687

Danimarka hökumətinin təsdiq etmək istədiyi yeni plana görə, nazik, şəffaf və birdəfəlik plastik paketlərin istifadəsi tam qadağan ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ plana müvafiq olaraq səylə tənzimlənəcək, paketlərin pulsuz paylanması tamamilə qadağan ediləcək. Plan baxılması üçün tezliklə ölkə parlamentinə təqdim ediləcək.

Danimarka bir ay əvvəl elan edib ki, Avropa İttifaqının birdəfəlik plastik boşqabların, qaşıq-çəngəl dəstlərinin, müxtəlif çubuqların, o cümlədən qulaq çubuqlarının və s. oxşar məmulatın qadağan edilməsinə yönəlmiş yeni təklifini dəstəkləyir.

Qeyd edək ki, atılmış paketlər ətraf mühitdə uzun müddət qalır və çürümür. Hər il dünyada 4 trilyon paket istifadə olunur. Ekoloqların sözlərinə görə, polietilen paketlərin dünya dövriyyəsi ciddi problemlər yaradır. Hesablamalara görə, polietilenin təbii mühitdə çürüməsinə yüz il vaxt lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.