Maraqlı

Çexiyada hökumət strukturu müsəlmanları potensial "terrorçu" kimi təqdim edib

7 Dekabr 2018 03:30
1 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzinin yaydığı qalmaqallı bəyanatda bildirilir: "İslam dininə etiqad edən insanların ölkəyə nəzarətsiz girişi terror təhdidi baxımından təhlükəlidir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Mərkəzin iddia etdiyinə görə, firmalar tez-tez öz müştərilərinin xəstəni müşayiət etmək və ya kurort müalicəsi almaq bəhanəsi ilə ölkəyə girişinə nail olur, bundan sonra isə mənşəyi məlum olmayan pul vəsaitlərini xərcləməyə başlayırlar.

Mərkəzin məlumatına görə, çex polisi hələ açıq şəkildə "İslam terroru" ilə qarşılaşmayıb, lakin hüquq-mühafizə orqanları ölkədəki bütün müsəlman təşkilatlarının, o cümlədən ayrı-ayrı radikal düşüncəli insanların və qrupların fəaliyyətinə nəzarət etməlidir.

Mərkəzin dərc etdiyi hesabat hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub. Onlar bu sənədi qismən irqçi və islamofob adlandırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.