Maraqlı

Ərlə arvad yolda ölümdən qurtuldular - VİDEO - FOTO

6 Dekabr 2018 12:21
0 Şərh     Baxış: 2 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qorxmamışdım, özümü itirmədim. Onlardan qurtulmağa çalışdım.

Əslən ABŞ-ın Yuta ştatındakı Sidar Sitidən olan, hazırda Keniyanın paytaxtı Nayrobidə yaşayan Brayant Svensson belə deyir. O, xanımı Lorenlə birlikdə ölümdən qurtulub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Brayant və Loren Svenssonlar Keniyanın Maa Maişu bölgəsində yolda olarkən quldurların hücumuna məruz qalıblar.

Meşəliyin içi ilə qıvrılan yolun döngələrindən birində Brayant ağ mikroavtobusu və onun ətrafında duran, əllərində maçetelər olan üç nəfəri görür.

Mikroavtobus həmin adamların yanından irəli hərəkət edəndə quldurlar Brayantın idarə etdiyi "Toyota Land Cruiser"i görür, maşına tərəf qaçmağa başlayırlar.

Brayant maşını geriyə verir və quldurlar avtomobilə çatanda sürətlə yerindən tərpənir.

Beləcə, Brayant və xanımı ölümdən qurtulurlar.

Maskalı, maçeteli quldurlar arxada qalırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Американских туристов атаковали трое мужчин в масках, вооруженных мачете

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.