Maraqlı

Bu ölkə işsizliyin səviyyəsinə görə hələ də Avropa İttifaqında birinci yerdədir

5 Dekabr 2018 22:24
2 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyasının Statistika Agentliyi "Avrostat"ın məlumatına əsasən, Yunanıstanda işsizliyin səviyyəsi 18,9 faizədək azalıb. Buna baxmayaraq, ölkə Avropa İttifaqında bu göstərici ilə hələ də birinci yerdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda Yunanıstandan sonra ikinci yeri İspaniya tutur. Ölkədə işsizlik 14,8 faiz təşkil edir. Ən az işsizlik Almaniya və Çexiyadadır (3,3 faiz və 2,2 faiz).

Xatırladaq ki, Yunanıstanda işsizliyin ən yüksək səviyyəsi 2014-cü ilin birinci rübündə qeydə alınıb. O vaxt iqtisadi böhranla əlaqədar bu göstərici 27,8 faizə çatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.