Maraqlı

“Evlilik həyatını dadmaq istəyirəm”

5 Dekabr 2018 12:04
2 Şərh     Baxış: 1 209

Aktrisa Məryəm Uzerli ərə getmək istədiyini etiraf edib.

Milli.Az publika-ya istinadən xəbər verir ki, 35 yaşlı aktrisa "Alem" jurnalına müsahibə verib. Jurnalın üz qabığına çəkilən kino ulduzu evlilik haqqında fikirlərini belə ifadə edib: "Həyatımda bir dəfə evlənsəm, xoşbəxt olaram. Bu günə qədər heç kimə qarşı belə bir şey hiss etməmişəm. Düşünürəm ki, nə zamansa özü ilə barışıq bir insan qarşıma çıxacaq. Əlbəttə, bunun bir zaman sərhədi yoxdur, amma o gözəl vəhdəti - ailə həyatını yaşamaq, dadmaq istəyirəm.

Gələcəkdə birlikdə olacağım insan dünyanın hansısa bir yerində yaşayır. Həyatın necə gedəcəyini bilmirik".

Məryəm Uzerli bildirib ki, həyatına daxil olacaq insan qızı ilə yaxşı münasibətdə olmalıdır: "Son illərdə onu kəşf etdim ki, əslində, biriylə tanış olduqdan, bir qədər vaxt keçdikdən sonra münasibət başlayır".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Suleyman · 5 Dekabr 12:3900

    Evlilikden dadsin 1 ay besdi sonra bosanar

    Cavab yaz
  • Anonim
    Minuli · 5 Dekabr 13:3000

    Sadece dadmaq)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.