Maraqlı

Dünyada ilk dəfə analığın transplantasiyasından körpə doğulub

5 Dekabr 2018 21:36
0 Şərh     Baxış: 1 428

Braziliyada dünyada ilk dəfə köçürülən analıqdan körpə doğulub.

Milli.Az "report"-a istinadən bildirir ki, 45 yaşında insultdan ölən 3 uşaq anasının yumurtalığı analığı olmayan gənc qadına köçürülüb.

Körpə qız ötən ilin dekabrında dünyaya gəlib. Həkimlər bildiriblər ki, ana və bala sağ-salamatdır, özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, Çexiya, Türkiyə və ABŞ-da ölən qadının analığının köçürülməsi ilə bağlı 10 əməliyyat uğursuz olub. Canlı donorların uşaqlığının köçürülməsindən 11 körpə doğulub. Braziliyanın araşdırması əsasında daha iki transplantasiya planlaşdırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.