Maraqlı

Dünyada ilk dəfə: ölmüş qadın dünyaya uşaq "gətirdi" - FOTO

5 Dekabr 2018 11:06
1 Şərh     Baxış: 3 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ilk dəfə olaraq ölmüş qadının analıq yolunun transplantasiyası vasitəsilə uşaq doğulub.

Milli.Az The Lancet-ə istinadən bildirir ki, unikal əməliyyat San-Paulu Universitetinin klinikasında gerçəkləşdirilib.

Ötən ilin sonlarında uğurla başa çatmış əməliyyat barədə indi məlumat yayılıb.

"Hospital das Clinicas"da dünyada ilk dəfə olaraq ölmüş qadının analıq yolu ana ola bilməyən, hamilə qalmaq imkanından məhrum olmuş qadına transplantasiya olunub.

32 yaşlı qadın hamilə qalıb və 3,8 kq ağırlığında qızını dünyaya gətirib.

3 övlad anası olmuş 45 yaşlı, donor qismində istifadə olunmuş qadın isə insultdan ölmüşdü.

32 yaşlı qadında anadangəlmə Mayer-Rokitanski-Kaster-Hauzer Sindromu (Mayer-Rokitansky-Kuster-Hauser syndrome, MRKH) olduğundan onun analıq yolunda çox ciddi fəsadlar vardı.

11 saat davam edən əməliyyat zamanı 45 yaşlı mərhum qadının analıq yolu 32 yaşlı qadının bədəninə köçürülüb. Transplantasiyadan sonra gələcək anaya bir neçə immunsupressantlar verilib. Bu preparatlar həm transplantın bədənə uyğunlaşmasına yardım etməli, həm də qadının hamilə qala bilmək şanslarını artırmalı idi.

Transplant analıq yolunun bədənə uyğunlaşma prosesi uğurla keçib.

Əməliyyata bir neçə ay qalmış pasiyentin yumurta hüceyrələrinin nümunələri götürülüb, ekstrakorporal mayalanma (EKM) proseduru aparılıb. Alınmış embrionlar dondurulub, transplantasiya əməliyyatından 7 ay sonra gələcək anaya köçürülüb.

İlə ilk prosedur hamiləliklə başa çatıb və 32 yaşlı qadın hamiləliyinin 36-cı həftəsində doğub.

Uşaq ana bətnindən qeysər kəsimi vasitəsilə çıxarılandan sonra "yad" analıq yolu da kəsilib götürülüb. Bu, qadının orqanizmində immuniteti zəiflədən preparatları daha qəbul etməməsi üçün edilib.

Cərrah-ginekoloq Deni Eyzenberqin dediyinə görə, bu əməliyyat analıq yolu olmayan qadınların ana olmaq şansını artırır. Donorlardan alınmış analıq yolu transplantasiyası ilə bağlı indiyədək bir neçə uğurlu əməliyyat aparılıb. Lakin belə donor tapmaq çox çətindir.

Bir çox ölkələrdə isə qanunvericilik insanlara ölümlərindən sonra orqanlarından transplantasiya üçün istifadə olunmasını vəsiyyət etməyə icazə verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.