Maraqlı

Malayziyada internet-polisin yaradılması planlaşdırılır

5 Dekabr 2018 07:07
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malayziya hökuməti virtual məkanda cinayətlərlə mübarizə aparacaq kiberpolis yaratmağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq təklif kommunikasiya və media texnologiyası naziri Qobind Sinqh Deo tərəfindən irəli sürülüb. "Ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı risk və təhlükələri də artır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr təşkilatlara mənfi təsir göstərməklə yanaşı, milli təhlükəsizliyə də təhdid yaradır", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, internet-polislər milli kibertəhlükəsizlik agentliyinin, kommunikasiya və texnologiya məsələləri üzrə komissiyanın, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları hesabına formalaşdırılacaq.

Eyni zamanda, hökumət belə cinayətlərə görə cəzaların sərtləşdirilməsi məsələsini də nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.