Maraqlı

Mövlanə Səlcuqi Əmiri necə ağlatdı?

6 Dekabr 2018 22:50
1 Şərh     Baxış: 638

Bir gün Əmir Süleyman Pərvanə (Səlcuqilər dövlətinin yüksək vəzifəli adamı), Mövlanədən ona nəsihət verməsini istəyir. Mövlana bir az düşünərək deyir:

- Ey Əmir! Eşitmişəm Quranı əzbərləmisən. Bu xəbər düzdürmü?

- Bəli.

- Şeyx Sədrəddindən hədis elmini öyrəndiyinlə bağlı xəbərlər də doğrudurmu?

- Bəli, doğrudur.

Bir qədər fikir edən Mövlana söyləyir:

- Sən əgər Allah və Onun peyğəmbərinin sözlərini oxuyub nəsihət almırsansa, Quran ayələri və hədislərdə buyurulanlara riayət etmirsənsə, mənim nəsihətlərimi necə dinləyəcək və  əməl edəcəksən?

Deyilənə görə, Əmir Pərvanə bu sözlərdən təsirlənərək göz yaşını saxlaya bilməyib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    DiNOZAVR · 6 Dekabr 23:3300

    Ne ölüvay emir imiş.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.