Maraqlı

Bəs siz nəyə sahibsiniz?

6 Dekabr 2018 21:40
0 Şərh     Baxış: 342

Günlərin birində zahidanə həyat tərzi sürən abid zəmanənin ən qüdrətli və zəngin padşahının sarayına dəvət edildi. Onu qarşılayan padşah dedi:

- Çox aza qane olan müqəddəs insana həsəd aparıram.

- Mən isə Əla Həzrətə həsəd aparıram. Axı o, mənimlə müqayisədə, daha azla kifayətlənir, - abid cavab verdi.

Bu söz hökmdara ağır gəldi, o, incik səslə etiraz etdi:

- Bu nə deməkdir? Bu ölkə tamamilə mənə məxsusdur.

- Bəli, haqlısınız. Bu ölkə sizin ixtiyarınızdadır. Mənim isə bütün dünyada çaylarım və dağlarım, dənizlərim və okeanlarım, göy üzündə Günəşim və Ayım var. Çünki qəlbimdə Allah sevgisini gəzdirirəm. Padşah isə yalnız bu səltənətə sahibdir, bununla da kifayətlənir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzən ətrafdakıların zahiri cah-calalına nəzər saldıqda sahib olduğumuz zənginliyi, nemətləri unuduruq. Hərçənd, Allahın lütfü ilə, bir çox "pul dağarcıqlarından" və "güclü insanlardan" daha varlıyıq. Bunu anlayırıqmı, dəyərləndiririkmi? Bu zənginliyə görə Allaha şükr etməyi unutmayaq...

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.