Maraqlı

Məscidin imamı: pislərin ən üstünü

6 Dekabr 2018 22:10
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günlərin birində günahlarının sayını itirmiş kişini kənd məscidinə imam təyin etdilər. Əvvəlcə o çox etiraz etdi, bu vəzifəni istəmədiyini, dindən uzaq olduğunu söylədi. Amma qarşı tərəfin inadı məsələni həll etdi.

Yeni təyin olunmuş imam düşündü: "Yəqin mən özümü yaxşı tanımamışam. Deməli, mənim çox yüksək məqamım var ki, Allah mənə belə bir vəzifəni bəxş etdi."

Elə həmin gecə yuxuda bir mələk gördü. Sima cizgilərini tam aydın seçə bilmədiyi varlıq ona dedi:

Ay günahlar girdabında çapalayan bəndə! Nəyə təkəbbür edirsən? Bu kəndin camaatının hamısı günahkardır, onlar cəzalanmalı idilər. Seçim də müvafiq oldu: bu kənddə səndən pisi tapılmadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.