Maraqlı

Onlar məhrəm bacı-qardaş sayılırlarmı?

6 Dekabr 2018 21:10
0 Şərh     Baxış: 773

Arvadını boşamış və oğlu ilə yaşayan kişi əvvəlki izdivacından qızı olan qadınla evlənərsə, bu halda oğlanla qız məhrəm bacı-qardaş sayılırlarmı?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam dininə görə, məhrəmlik 3 yolla yaranır: qan qohumluğu, evlilik və südvermə yolu ilə. Bu bağlılıqlar birbaşa olduğu halda məhrəmlik əlaqəsindən danışmaq olar. Amma birbaşa əlaqə pozulduqda məhrəmlik də pozulur. Məsələn, kişi əvvəlki izdivacdan olan oğlu ilə birlikdə qaldığı halda ikinci dəfə evlənsə və evləndiyi qadının da əvvəlki ərindən qızı varsa, oğlanla qız məhrəm sayılmayacaqlar. Hətta şəriətimiz onların ailə qurmasına da icazə verir. Çünki nə oğlanın ikinci anaya, nə də qızın ikinci ataya heç bir bağılığı yoxdur.

Amma məsələn, oğlu ilə qalan kişi başqa bir qadınla evlənsə və bu izdivacdan qızları olsa, oğlanla qız bacı-qardaş sayılır və məhrəmdir. Çünki onları bir ata birləşdirir. Bunun əksi də doğrudur. Yəni qadının birinci izdivacdan oğlu varsa, ikinci izdivacdan da qız doğarsa, bu oğlanla qız məhrəm olurlar. Çünki onları birləşdirən eyni anadır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.