Maraqlı

Həya və iffətin ən yüksək dərəcəsi hansıdır?

6 Dekabr 2018 22:45
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhli-Beyt (ə) məktəbinin verdiyi təlimlərə görə, iffət və həya - insanı günahdan və pis işlərdən saxlayan fəzilətli sifətlərdəndir. Bu sifətlər insanı ancaq yaxşı əməllərə tərəf təşviq edər.

Əgər gözəl və təyyibə həyatın axtarışındasınızsa, o zaman varlığınızda bu iki dəyərli sifəti inkişaf etdirib gücləndirməlisiniz. İmam Əlinin (ə) nəzərində həya - hər bir gözəlliyə yaxınlaşmaq amili kimi tanıdılmışdır.

Bəs həya və iffətin ən üstün dərəcəsi hansıdır?

Əxlaq elminə görə, həya və iffətin dərəcə və mərtəbələri vardır. Bəzi insanlarda həya özünü başqaları ilə üzləşən zaman göstərər. Başqa sözlə desək, insanlar, başqa insanların yanında həya edər və utanarlar. Ancaq belə bir sual yaranır ki, belə insanlar xəlvətdə necə, həyaya malikdirlərmi?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir çoxlarının bu suala cavabı mənfidir. Bir halda ki, İmam Əlinin (ə) buyurduğuna əsasən, həyanın ən gözəl dərəcəsi odur ki, insan xəlvətdə etdiyi pis işə görə həya edər və xəcalət çəkər. Əlbəttə, həya və iffətin ən üstün dərəcəsi həyatda Allahın hüzurunu dərk etmək və Ondan həya etməkdir.

Bizim daxilimizdə batini nəzarət qüvvəsi vardır. Əgər insan bu batini nəzarət edən qüvvəsini gücləndirməzsə, ixlas və təqvağa çata bilməz. O kəslər ki, özlərindən həya etmirlər, özlərini unudublar, bu hiss onun rəftarlarında özünü büruzə verəcəkdir.

Beləliklə deyə bilərik ki, həya və iffətin dərəcə və mərtəbələri vardır. Həya və iffətin ən üstün dərəcəsi insanın Allahın hüzurunu dərk etməsi və Ondan həya etməsidir. Ondan aşağı dərəcə isə insanın xəlvətdə özündən həya etməsidir. Ondan da aşağı dərəcə isə insanın başqaları yanında həya etməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.