Maraqlı

Savabını hesablamaq mümkün olmayan ibadət

6 Dekabr 2018 22:15
2 Şərh     Baxış: 1 222

Həzrət Peyğəmbər (s) gecə namazının əhəmiyyəti haqqında buyurur: "Hər bəndə - istər qadın olsun, istərsə də kişi ki, gecə namazı ruzisi olar, Allah Təalaya ixlas üzündən yerindən qalxarsa, kamil dəstəmaz alıb, düzgün niyyət, pak qəlb, müti bədən və ağlar gözləri ilə Allah Təala üçün namaz qılarsa, Allah Təala onun arxasında 9 dəstə mələk qərar verər. Bu dəstədə olan mələklərin sayını Allah Təaladan başqası bilməz. Dəstənin bir tərəfi şərqdə olar, biri tərəfi qərbdə. Namazdan ayrılan zaman o mələklərin sayı qədər onun  üçün dərəcə və məqam yazılar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bu dəyərli ibadət barəsində buyurur: "Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir". ("Muzzəmmil" 6).

"(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!". ("Səcdə" 16-17).

Həzrət Peyğəmbər (s) gecə namazı barəsində buyurur: "Cəbrayil (ə) davamlı olaraq mənə gecə oyaq qalmağı tövsiyə edir. O qədər ki, güman edirdim, ümmətimin yaxşı insanları gecənin az bir hissəsindən başqasını heç vaxt yata bilməzlər".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Robert · 7 Dekabr 00:1010

    Peyğəmbər s.a.s buyururki ümmətim ücün cetin olmayacağını bilsəydim Gece namazını Allah təlaya dua edib vacib qilardim.Gecenin 3de birinde Allah CElle celaluhu bağışlanmaq isteyen,dünyalıq axiretlik nese isteyen yoxdurmu hacetini verim deyir.Bir özəlliyide Gece namazlarınin insanin üzüne nur gözəllik verir sınamaq isteyen yoxlasın en geci 21günden sonra onun nece gözelleşmesini görsün ne qeder adam soruşacaq.Quran şəfa mənbəyidi.Allah təala bütün müsəlmanlara Qur'an oxuyub əməl etməyimizi nəsib elesin inşallah. AMİN

    Cavab yaz
  • Anonim
    Govhet · 7 Dekabr 08:2202

    Xahiw ederdim namaz qilan Allahdan qorxanlar ucun attestasiya kecirilerdi ki, heqiqeten layidirlermi emelleriyle ibadetleri duz gelirmi? 3 ayin gelnini tek evde qoyub maraqlanmamaq bawqa qadinla kirayede qalib keyf surenlerin ibadeti qebul olunur? Iyrenir adam bele ibadetlerden ewidende cunki duzgunluk yoxdu firirldaqcilardi hamisi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.