Maraqlı

Nokia TA 1114 təqdim olunacaq

6 Dekabr 2018 08:55
0 Şərh     Baxış: 1 433

"Nokia" şirkəti 4G LTE mobil rabitə texnologiyasını dəstəkləyən düyməli telefon hazırlayır. Qurğunun texniki xüsusiyyətləri barədə "TENAA" məlumat bazasından məlumat əldə edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Nokia TA 1114" kimi nömrələnmiş telefonun çəkisi 70,2 qram, 1,77 düym diaqonala malik displeyin təsvir ölçüsü 128×160  piksel, prosessorun takt tezliyi isə 0,26 QHs təşkil edəcək. Qurğuya quraşdırılmış akkumulyator batareyasının tutumu 800 milliamper/saat təşkil edəcək.
 
Telefonun əsas özəlliyi LTE rabitə texnologiyasını dəstəkləməsi olacaq. Sənədə əsasən, telefon 900 və 1800 MHs şəbəkə diapazonlarında işləyə biləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.