Maraqlı

Quora-ya hücum olub

6 Dekabr 2018 08:46
0 Şərh     Baxış: 748

"Quora" adlı sual-cavab xidməti öz saytında sistemə müdaxilə olması və 100 milyon istifadəçinin məlumat itkisi haqqında bildirib.
 
"Biz 30 noyabrda aşkar etdik ki, bəzi istifadəçilərin məlumatına sistemlərimizdən birinə qanunsuz icazə almış üçüncü tərəfdən müdaxilə edilib. Əvvəlki kimi, araşdırmamıza davam edirik, həmçinin hüquq-mühafizə orqanlarına məlumat vermişik" - xidmətin məlumatında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, xidmətin bəyanatına əsasən, hazırda məlumat itkisinin qarşısını almaq, istifadəçilərin təhlükəsizliyini təmin etmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tədbirlər görülüb.
 
"Qoura" xidmətinin məlumatına görə, müdaxiləyə məruz qalmış informasiyanın böyük hissəsi açıq girişdə olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.