Maraqlı

Hangouts tarixə qovuşacaq

6 Dekabr 2018 08:35
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Google" şirkətində "Hangouts" messencerinin hazırlanmasına nəzarət edən Skott Conston "9to5Google" nəşrinə deyib ki, "Google" şirkəti adıçəkilən messencerin fəaliyyətini dayandırmağa hazırlaşır.
 
Conston qeyd edib ki, sözügedən xidmət tədricən bağlanacaq, istifadəçilər isə "Hangouts Chat" və ya "Hangouts Meet" xidmətlərinə daşınılacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan başqa, "Google"un nümayəndəsi məlumat verib ki, "Hangouts" messencerinin bağlanması şirkətin bu xidmətin əsas funksiyalarının (videozənglər və çatlar) dəstəyindən imtina edəcəyi anlamına gəlmir.
 
"The Verge" portalının məlumatına görə, "Google" 2020-ci ilədək messencerin fəaliyyətini dayandıra bilər, bundan sonra "Hangouts" messenceri "G Suite" bulud platforması çərçivəsində korporativ messencer formatında inkişaf etdiriləcək.
 
2019-cu ildə "Google" şirkəti "Hangouts"da yeni istifadəçilərin qeydiyyat imkanını deaktiv edəcək, yalnız mövcud hesab sahibləri bu proqramdan istifadə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.