Maraqlı

Amazon "ağıllı" hipermarketlər şəbəkəsi açacaq

6 Dekabr 2018 08:59
0 Şərh     Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" şirkəti indi "Amazon Go" supermarketlərində işləyən kompüter görmə texnologiyasını böyük mağazalarda, məsələn, internet şirkətinə məxsus "Whole Foods" hipermarketlər şəbəkəsində tətbiq etməyi planlaşdırır. Bu haqda "The Wall Street Journal" nəşri yazıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, beləliklə, yaxın gələcəkdə "Amazon" şirkətinə məxsus bütün mağazalarda kassa, kassir və növbələr olmayacaq. İnsanlar sadəcə lazımi məhsulları götürüb marketi tərk edəcək: sistem alış-verişin məbləğini onların hesabından çıxacaq.
 
Xatırladaq ki, "Amazon" 2018-ci ilin əvvəlində Siyetldə "Amazon Go" adlı ilk tamamilə avtomatlaşdırılmış mağazasını açıb. İlk avtomatlaşdırılmış "Amazon Go" mağazasının açılışı hələ 2017-ci ilin əvvəlinə planlaşdırılmışdı, amma texniki nasazlıqlar səbəbindən bir qədər gecikmə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.