Maraqlı

Xəbərçilik, söz gəzdirmək bəyənilməz

6 Dekabr 2018 07:22
0 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəni-İsrailə qəhətlik üz vermişdi. Həzrət Musa Peyğəmbər (ə) yağış yağması üçün dəfələrlə dua etsə də, nəticəsi olmurdu. Axırda Allah-təala ona belə vəhy etdi: "Sənin ümmətinin içində bir nəfər sözgəzdirən adam var. Nə qədər ki, o tövbə etməyib, sənin duaların qəbul olmayacaq".

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Musa (ə) həmin adamın kim olduğunu soruşdu. Allahdan vəhy gəldi: "Ey Musa, mən sizə xəbərçilik etməyi, söz gəzdirməyi qadağan etmişəm. İndi istəyirsən ki, özüm xəbərçilik edim?! Ümmətinə tapşır, qoy hamı tövbə etsin".
Musanın (ə) əmrilə Bəni-İsrailin hamısı öz günahlarından tövbə etdi. Bundan sonra Allahın onlara rəhmi gəldi və yağış yağdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.