Maraqlı

ABŞ-da minik avtomobillərinin satışı azalıb

5 Dekabr 2018 08:33
0 Şərh     Baxış: 809

ABŞ-da yüngül avtomobillərə tələbatın azalması müşahidə olunur.

2018-ci ilin noyabr ayı üçün statistik məlumatlardan bəlli olur ki, amerikalılar krossover, yolsuzluq və pikap modellərinə üstünlük verirlər, bu isə avtomobil istehsalçılarının məhsullarının həcminin dəyişməsi ilə nəticələnir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu il noyabr ayında satılmış yüngül avtomobillərin sayı keçən ilin noyabr ayı üçün müvafiq məlumatlarla müqayisədə 1,3 faiz az olub.

Yüngül avtomobillərə tələbatın azalması avtomobil kreditlərinin faiz dərəcələrinin artması ilə bağlı ola bilər, çünki bu halda avtomobilə görə aylıq kredit ödənişləri artır. Lakin satışın azalması əsasən yüngül avtomobillərin populyarlığının azalması ilə izah edilir.

Eyni zamanda, yığcam yolsuzluq və krossover modellərinin satışı 11,6 faiz, orta sinfə aid yolsuzluq və krossover modellərinin satışı isə 11,7 faiz artıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.