Maraqlı

11 dəqiqə...

9 Dekabr 2018 23:15
8 Şərh     Baxış: 2 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəməndə hər 11 dəqiqə ərzində bir uşaq aclıqdan ölür

11 dəqiqə... o qədər də uzun bir zaman kimi görünmür bəlkə də... 11 dəqiqəyə nə etmək olar? Məsələn, evin yaxındırsa iş yerinə çata bilərsən. Bəlkə telefonla danışa, duş qəbul edə, yaxud yemək yeyə bilərsən...
 
Milli.Az maide.az-a istinadən bildirir ki, 11 dəqiqənin bir insan ömrü olduğunu isə bəlkə təsəvvür etmək çətindir. Amma bu gün Yəməndə hər 11 dəqiqə ərzində bir uşaq aclıqdan ölür. Bəli məhz aclıqdan. Bizim yemək yeməyə sərf etdiyimiz 11 dəqiqə ərzində...
 
Bu gün sosial böhranın pik həddində olan Yəməndə aclıq hökm sürür. Bir tərəfdən ardıcıl hücumlar və dağıdılmış infrastruktur, digər tərəfdən isə ölkəyə gələn humanitar yardımların qarşısını almaq üçün dağıdılan dəniz və hava limanları.
 
Yəməni illərdir əsarətdə saxlayanların nə qədər acımasız olduğu hər 11 dəqiqədən bir sübuta yetir. Bu ölkəninin hazırkı durumuna səbəb olanlar tribunada insan haqqlarından etdikləri çıxışın hər 11-ci dəqiqəsində ölən yəmənli uşağın anasının fəryadı ərşə qalxır.
 
Yəmənlə bağlı BMT-də müzakirə aparılır. 10 dəqiqəlik fasilə elan edir. 11-ci dəqiqədə salona toplaşanlar daha bir uşağın acından öldüyünün fərqində deyillər. Çünki bu 11-ci dəqiqədə isti kofe ilə müxtəlif şirniyyatlardan dadırlar... /Maide.Az /

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.