Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Firdovs cənnətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mərtəbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi yerləşir. Cənnət çayları oradan qaynayıb axır". (əl-Buxari, 2790).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar - varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar". (əl-Mu'minun, 1-11).
Cənnətin ən yüksək mərtəbəsinə nail olmaq üçün Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Mən, haqlı olduğu halda belə mübahisədən əl çəkən kimsənin Cənnətin güşəsində bir evi olacağına, habelə, zarafatla olsa belə yalan danışmayan kimsənin Cənnətin ortasında bir evi olacağına və bir də əxlaqı gözəl olan kimsənin Cənnətin ən yüksək təbəqəsində bir evi olacağına zəmanət verirəm!" (Əbu Davud, 4800). Ənəs (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) bir nəfər Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) Qiyamət barəsində soruşub dedi: "Qiyamət Saatı nə zaman gələcək?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Sən Qiyamətə nə tədarük görmüsən?" Adam dedi: "Heç bir şey hazırlamamışam, mən sadəcə Allahı və onun Rəsulunu sevirəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən sevdiyin kəslə bir yerdə olacaqsan!" Ənəs (Allah ondan razı olsun) dedi: "Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm): "Sən sevdiyin kəslə bir yerdə olacaqsan!" sözünə sevindiyimiz kimi heç bir şeyə sevinməmişdik". Ənəs (Allah ondan razı olsun) dedi: "Mən Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun), Əbu Bəkri, Öməri (Allah onlardan razı olsun) sevirəm və ümid edirəm ki, onlar qədər yaxşılıq etmiş olmasam belə, bu sevgimə görə onlarla bir yerdə olacağam". (əl-Buxari, 3688).
Milli.Az
Maraqlı
Cənnətin ən yüksək yerinə necə nail olaq?
9 Dekabr 2018 23:10
5 Şərh
Baxış: 1 369
DİGƏR XƏBƏRLƏR
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- Xanımı ilə kamera qarşısına keçdi - FOTOlar
- Tül pərdələri belə yuyun - Bu sadə üsulu çoxları bilmir
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
XƏBƏR LENTİ
- Duzlu yemək də xərçəng yaradır - Onkoloq
- Macarıstanın Baş naziri Aİ-nin hazırkı rəhbərliyini kəskin tənqid etdi
- Muxtar Babayev: COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir
- İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib
- İlham Əliyev daha bir tarix yazdı – Türk general
- Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb
- BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
- Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb
- Çin ordusunda İnformasiya Dəstəyi Qüvvələri yaradılıb
- Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...
- Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb
- NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- Bakıda yeniyetmələr küçədə görün nə etdi: çəkilən görüntülər təəccüb doğurur - VİDEO
- Sürət həddini aşmaq ona baha başa gəldi
- Begemot dərisindən qamçı ilə döyüldü – Hitler şəxsi düşmənini necə öldürüb?
- Xanımı ilə kamera qarşısına keçdi - FOTOlar
- Tül pərdələri belə yuyun - Bu sadə üsulu çoxları bilmir
- COP29 prezidenti Devid Terklə müzakirə apardı
- Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı
- Dünyada ən bahalı çay növləri: 4 milyon dollar...
- Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
- Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi