Maraqlı

Mastopatiya xərçəngə çevrilə bilər? - Maraqlı cavab

8 Dekabr 2018 19:40
0 Şərh     Baxış: 1 561

Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya terminindən istifadə etmir.

Döş ağrısı və süd vəzisindəki kistalar isə heç bir zaman həyat təhlükəsi yaratmır.

Bu günün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə r'smiləşdirilməli və dəqiqləşdirilməlidir. Buna qərbdə DƏLİLƏ ƏSASƏN tibb tətbiqi deyilir (evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər bu qaydaya uyğun aparılmalıdır.

Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir?

Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder) sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes) terminindən istifadə edilməyə başlandı.

Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.

Bu gün qərb dünyasında döş ağrısı və süd vəzisi kistaları üçün radioloji raportlarda istifadə edilən diaqnoz süd vəzisinin fibrokistik strukturu (fibrokistik patern) cümləsidir. Bu, qadınlarda çox rastlanan bir vəziyyətdir və günümüzdə xəstəlik olaraq qəbul edilmir.

Süd vəzisinin fibrokistik quruluşu, yəni bu kistalar və ağrı hər qadında rastlanmasa da, bir çoxunda müşahidə edilirdi. Süd vəzisinin hormonlara verdiyi cavabın bir az çox olması idi işin əsli.

Sonrakı araşdırmalar, illərlə süd vəzisinin fibrokistik quruluşu ilə süd vəzisi xərçəngi arasında əlaqə olub-olmadığı üzərində aparıldı. Nəticə: fibrokistik quruluşlu süd vəzisi ilə xərçəng arasında kiçik belə olsa, elmi əlaqə tapılmadı.

Qərbdə fibrokistik strukturlu süd vəzisi Azərbaycanda (fibroz kistoz) mastopatiya olaraq adlandırılan bu vəziyyət əslində süd vəzisinin fizioloji bir halıdır.

Mastopatiya bir xəstəlik və ya sindrom deyil. Heç bir təhlükəsi və zərəri yoxdur. Müalicə edilməsinə ehtiyac yoxdur. Müalicəsinin də bilinən bir metodu yoxdur. Mastopatiyanı müalicə etməyə çalışmaq aybaşı qanaxmasını müalicə etmək kimidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.