Maraqlı

Süni zəka barmaq izini təqlid edə bilir

4 Dekabr 2018 21:10
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telefonlarının, planşetlərin ekran kilidini açmaq üçün də istifadə edilən barmaq izi, insana xas biometrik xüsusiyyətlər sırasındadır. Hər insanda fərqli olduğu bilinən barmaq izilə əlaqədar Nyu-York Universiteti tərəfindən aparılan bir araşdırma isə, süni zəka ilə barmaq izinin təqlid edilmə ehtimalını müəyyən etdi. Ehtimalı qiymətləndirən kiber təhlükəsizlik mütəxəssisləri belə dedilər: "Güclü bir kompyuterlə ediləcək qüvvətli bir süni zəka proqramı ilə barmaq izi təqlid edilə bilər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Nyu-York Universiteti keçən günlərdə süni zəka ilə əlaqədar bir araşdırma apardı. Araşdırmada, universitet tərəfindən tərtib edilən bir proqramla gerçək bir insanın barmaq izinin təqlid edilə biləcəyi göstərildi. Bu ehtimalı qiymətləndirən mütəxəssislər bu barədə belə danışıblar: "Biometrik xüsusiyyətlər hər insanda olan müəyyən nöqtələrdəki xarakteristika xüsusiyyətlərdir. Barmaq izi, göz qişası, gözə rəngini verən irsi təbəqə və ya səs hər insanda fərqlilik göstərir və biometrik sistem olaraq adlandırılır. Barmaq izi hər şəxsə özəl olan xüsusiyyətlər arasında iştirak edir. Ancaq güclü bir kompyuterin köməyilə ediləcək qüvvətli bir süni zəka proqramı ilə bir insanın barmaq izi təqlid edilə bilər. Ancaq bu hər kəsin edə biləcəyi asan bir iş deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.