Maraqlı

Neslihan Atagül Bakıya gəlir

28 Noyabr 2018 13:53
5 Şərh     Baxış: 3 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gələcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisanın səfəri dekabrın 1-də olacaq. Neslihanın gəlişinin məqsədi "Altın kelebek" ödülləri ilə bağlıdır. Atagül gələn ayın ilk günündə yerli KİV nümayəndələri ilə görüş keçirəcək, onların suallarını cavablandıracaq. 

Reklam, serial və kino ulduzu elə həmin gün Türkiyəyə geri qayıdacaq. O, "Kelebek" üçün azərbaycanlı məşhurların seçim konsertində iştirak etməyəcək. Buna səbəb aktrisanın iş qrafikinin sıx olmasıdır. 

Bu məqamda bildirək ki, dekabrın 2-də mükafat gecəsi üçün azərbaycanlı xanım namizədlərin konserti keçiriləcək. Gecədə xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Əlizadə, Roza Zərgərli və Xatirə İslam çıxış edəcəklər. 

Namizədlərdən 3 finalist seçilərək Türkiyədə keçirilən mötəbər tədbirdə iştirak hüququ qazanacaq. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.