Maraqlı

6 il sonra Marsdan ilk görüntü - 548 milyon kilometr uzaqlıq - VİDEO - FOTO

27 Noyabr 2018 13:20
3 Şərh     Baxış: 6 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA-nın "InSight" kosmik gəmisi Marsa enib.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, "InSight" NASA-nın son 6 ildə Mars planetinə endirdiyi ilk kosmik gəmi olub.

7 dəqiqəlik təhlükəli anlardan sonra qırmızı planetə enən "InSight"-la Marsdan yeni fotolar çəkilib.

Yerdən 548 milyon kilometr uzaqlaşan robotun 7 aylıq uçuşdan sonra Marsa enməsi NASA işçiləri tərəfindən sevinclə qarşılanıb.

Kosmik gəmi, ötən gün, axşam saat 7:50-də Marsa enib. Bir neçə saat sonra onun günəş panelləri açılıb. O, günəş işığı vasitəsiylə özünü enerji ilə təmin edəcək.

Artıq "InSight" sayəsində Marsın səthi və quruluşu ilə bağlı ətraflı məlumatlar əldə etmək mümkün olacaq.

Qeyd edək ki, NASA-nın "Opportunity" adlı kosmik gəmisinin fəaliyyənin dayanması ilə əlaqədar olaraq Marsla bağlı araşdırmalarda ləngimə var idi. 2012-ci ildə göndərilən "Curiosity" gəmisi hələ də planetin üzərindədir.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
6 il sonra Marsdan ilk görüntü - 548 milyon kilometr uzaqlıq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.