Maraqlı

"Google" 685 milyon dollar xərcləyəcək

22 Noyabr 2018 21:41
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın "Google" korporasiyası Danimarkada yeni məlumat mərkəzi tikintisi üçün 4,5 milyard Danimarka kronu (təqribən 685 milyon dollar) məbləğində sərmayə qoymaq niyyətində olduğunu bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni mərkəz Kiçik Belt boğazı yaxınlığında, Frederisiya şəhərinin ətrafında yerləşəcək. Məlumat mərkəzinin tikintisini 2021-ci ildə başa çatdırmaq nəzərdə tutulur.

"Google" Danimarkada "yaşıl" energetika sahəsinə də sərmayə qoymağı planlaşdırır. Hazırda korporasiya bu sahəyə aid bir sıra layihələri təhlil edir və birgə iş üçün münasib tərəfdaşlar axtarır.

Qeyd edək ki, Danimarka külək enerjisi istehsalı sahəsində dünya üzrə liderlərdən biridir. Danimarka energetika agentliyinin məlumatına görə, ölkədə elektrik enerjisi istehsalının üçdəbir hissəsindən çoxu külək turbinlərinin payına düşür. Bu səbəbdən, bir sıra transmilli şirkətlər Krallıqda özlərinin məlumat mərkəzlərini açmağa çalışırlar. "Facebook" və "Apple" kimi şirkətlər də burada öz məlumat mərkəzlərini yaratmağı planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.