Maraqlı

Məşhur müğənnidən etiraf: "İnsan bəzən özünü qamçılamaq və şillələmək istəyir"

21 Noyabr 2018 22:38
0 Şərh     Baxış: 1 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Gülbən Ərgən "Aslı Şafakla işin aslı" verilişində iştirak edib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, müğənni şəxsi həyatı, Sezen Aksu ilə dostluğu barədə açıqlamalar verib.

Aparıcının "Hamının tələləri olur. Zamanla bu tələyə düşdünüzmü" sualına Ərgən cavab verib:Olub. İnsan özü seçmədən yaşamır. Bilə-bilə etdiyim səhvlər olub. İnsan bəzən özünü qamçılamaq və şillələmək istəyir".

Gülbən həyatında olan kişilərdən də danışıb:

"Məni ağlatmaq kişiləri çox xoşbəxt edib. Məni xoşbəxt etmək əvəzinə ağlatmağı üstün tutdular və mən onları tərk etdim. Mənim varlığım qarşı tərəfi xoşbəxt edir və onlar bununla kifayətlənirlər. Eqoist davranışdır. Mənim xoşbəxtliyim bəs?

Müğənni həyatda yeganə ən yaxın dostunun anası olduğunu bildirib:

"Onun evində olanda özümü çox rahat hiss edirəm. Son illərdə ciddi dostluğu Sezen Aksu ilə etdim. Hər şeyimi bilir. Nəsə deyəndə, növbəti cümləmə qədər bilir. Çox özəl bir qadındır. Mənə çox dəyər verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.