Maraqlı

Britaniyanın 102 yaşlı əkiz sakinləri uzunömürlülüyün sirrini açıqlayıblar

21 Noyabr 2018 23:51
0 Şərh     Baxış: 2 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın ən qoca sakinlərindən olan əkiz bacılar - Fillis Cons və İren Kamp 102 yaşlarını qeyd edərək uzunömürlülüyün sirrini bölüşüblər.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "Daily Mail" qəzeti yazır.

Bacılar bildiriblər ki, onlar çoxlu balıq yeyiblər və alkoqollu içkilər qəbul ediblər. Lakin içkinin miqdarı iki badədən artıq olmayıb.

Bununla yanaşı, onllardan heç biri artritdən - oynaq xəstəliyindən əziyyət çəkmir. Bacıların hər ikisində qan təzyiqi normaldır.

Hazırda bacılar Vusterşi qraflığının Storport-on-Severn şəhərində yaşayırlar. 1916-cı ildə dünyaya gələn əkizlər 4 monarxın, 20 baş nazirin hakimiyyətinə və İki Dünya Müharibəsinə şahidlik ediblər.

Fillis bir qədər böyük sayılır - o, İrendən 25 dəqiqə tez doğulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.