Maraqlı

Alimlərin kəşf etdiyi yeni ulduz sistemi partlayışa hazırlaşır

21 Noyabr 2018 22:56
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Cənub Rəsədxanası yeni ulduz sisteminin kəşf edildiyini açıqlayıb.

Milli.Az "ölkə.az"-a istinadən xəbər verir ki, alimlər kəşf edilən ulduz sisteminin partlayışa hazırlaşdığını bildiriblər.

Bildirilir ki, sistem üç ulduzdan ibarətdir və kosmik tozla əhatə edilib. Sistemin rəsmi adı "2XMM J160050.7-514245"dır amma ilan formasında olduğu üçün astronomlar "Apop" adlandırıblar. Qədim Misir mifologiyasında Apop xaosu təsvir edən nəhəng ilandır və Ra Günəş Tanrısının düşmənidir.
Sistem Volf-Raye ulduzundan ibarətdir. Bu ulduzlarda isə işıqlanma və tempratur çox yüksək olur. Bəzi nəhəng ulduzlar həyatlarının son dövründə Volf-Raye ulduzuna çevrilirlər. Əsasən bu, bir neçə yüz min il davam edən qısa fazadır.

"Apop"da ulduz küləyi saatda 12 milyon km sürətlə hərəkət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.