Maraqlı

40 yaşdan sonra ana olanların qarşılaşdığı problemlər

20 Noyabr 2018 21:19
0 Şərh     Baxış: 1 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada 40 yaşından sonra ilk dəfə ana olanların sayı gedərək artır. Bu anaları dəstəkləmək etik cəhətdən əhəmiyyətli olduğu qədər cəmiyyətə və istisadiyyata kömək baxımından da lazımlıdır.

40 yaşında olan Jenny Glancy-Potter-in əkiz körpələri dünyaya gəlmişdi. Körpələrin doğulması onun ana olmaq mübarizəsinin sonu, həyatında xoşbəxt bir dövrün başlanması mənasını verirdi. Lakin o, bu qədər gec ana olmağı planlaşdırmamışdı.

"Gənclik vaxtımdan fərqli olaraq daha az enerjim var, ancaq görünüş olaraq ana olmaq üçün yaxşı bir vaxtdır. Artıq daha səbrli və daha ağıllıyam, həyatımda istədiyim çox şeyi etmişəm", Potter deyir. İndi onun əkizləri 5 yaşındadır.

Britaniyanın Lamcashire rayonunda yaşayan 45 yaşlı Potter analığa 40 yaşından sonra addım atan X nəslinin qadınlarından biridir. Dünyada onların sayı gedərək artdığı vaxtda 20-30 yaşlarında ana olanların sayı azalır. Britaniyada 40 yaşdan sonra ana olanların sayı son 25 ildə iki dəfədən artıq artıb.

ABŞ-da da buna oxşar bir inkişaf gedir. 2017-ci ildə bütün doğuş nisbətləri son 30 ilin ən aşağı nöqtəsinə çatsa da, yaşı 40-dan yuxarı olan qadınların uşaq sahibi olmasında artım nəzərə çarpır.

İki nəsilə birdən baxmaq

40 yaşdan sonra uşaq sahibi olmağın yaratdığı imkanlar və problemlər var. 43 yaşlı Bhavna Thakur bir yaşlı qızıyla parka gedən zaman "ən yaşlı ana olmağın" nə məna verdiyini bilir.

Bombeydə bir investisiya şirkətində baş direktor olan Thakur 40 yaşında ana olmağın kariyerada irəli getmək baxımından yaxşı bir yaş olduğuna inanır.

Bhawna ThakurBhawna Thakur ana olduqdan sonra evdən daha rahat çalışdığını söyləyir.

"Kifayət qədər böyük olduğum üçün öz vaxtımdan necə istifadə edəcəyim barədə özüm qərar qəbul edə bilirəm. Daha gənc yaşda olsaydım harada nə etmək lazım olduğunu başqaları deyəcəkdi mənə. İndi isə mən evdən daha rahat işləyə bilirəm".

Thakur X nəslindən olmağın çətinliyini isə iki nəslə birdən baxmaqla yanaşı, karyeranı davam etdirmək kimi zərurətlər arasında tarazlıq yaratmaqda görür.

"Gec yaşda valideyn oduğumuz üçün öz valideynlərimiz də olduqca yaşlıdır, qulluğa ehtiyacları var... İndi həm anama, həm də qızıma baxıram".

Bu, 40 yaşında ana olanlar üçün başlıca bir problemdir. Yeni Zelandiya və Britaniyada bəzi şirkətlər iş-ev arasındakı tarazlığa kömək etmək üçün tam maaşla dörd gün çalışmaq tətbiqinə keçir. Bəziləri uğur qazansa da, bu tətbiq hələ ki istisna bir vəziyyətdədir.

Ana olduqdan sonra işə qayıtmaq barədə qərar qəbul edən zaman bir çox amil meydana çıxır. Maliyyə amili başda dayanır. İsveçdə uşağa qulluq üçün əhəmiyyətli dövlət yardımları verilir, Britaniya isə uşağa qulluğun ən bahalı olduğu ölkədir.

Potter maddi çətinliklərin yaşı 40-dan yuxarı olan qadınlar üçün daha ağır olduğunu, öz valideynləri də yaşlı olduğuna görə, onların köməyindən istifadə etməyin çox vaxt mümkün olmadığını söyləyir.

"20 yaşımda uşaq sahibi olsaydım bağça və uşağa qulluq xərclərimiz daha az olardı" deyir.

Bu xərclərin çox yüksək olması işə qayıtmaq qərarına təsir göstərir. Çünki aldığın maaşı bütünlükdə bağçaya xərcləyə bilərsən.

İqtisadi ekspertlər bu anaların işə qayıtmasına kömək edəcək tədbirlərin qəbul edilməsinin ölkə iqtisadiyyatına töhfə verəcəyinə inanır. Lakin bu tətbiqi tamamilə düzgün həyata keçirən ölkə hələ ki, yoxdur.

"40 yaşlı təcrübəli qadınların işə qayıdıb iş sahəsində məhsuldar olmağa davam etməsi sosial baxımdan qabaqcıl bir tətbiq olduğu kimi iqtisadi olaraq da sağlam fikirli bir addımdır". Təhsil və iqtisadiyyat üzrə professor Myra Strober bu fikirdədir.

Jenny Glancy-PotterJenny Glancy-Potter maddi çətinliyin yaşı 40-dan yuxarı qadınlar baxımından işə qayıtmaq qərarında daha təsirli olduğuna inanır

İctimai mühakimələr

İşləyən analara qarşı davranış sosial cəhətdən az olsa dəyişməsinə baxmayaraq, gec yaşda ana olanlara qarşı mühakimələr davam edir.

49 yaşlı Gewanda Parker yeddi aylıq və 3 yaşlı qızlarıyla Floridada yaşayır. Uşaqları bayırda gəzdirərkən çox insanın onu nənə, xala və ya bibi kimi qəbul etməsindən, analığın gənc qadınlara yaraşdırılmasından şikayət edir.

Bəlkə də bu səbəblə görünüşündən narahat olmağa, bayıra çıxmazdan əvvəl mütləq yaxşı geyinməyə və makiyaj etməyə başlayıb. Halbuki gənc analar üçün xarici görünüş prioritet olmadığına görə hər kəs bunu razılıqla qarşılayır.

Parker eyni narahatlığı uşaqları üçün də keçirir. "Uşağımı narahat edəcək bir vəziyyət yaratmaq istəmirəm" deyir.

Lakin Parker özünü yaşlı ana kimi hiss etmir. O, bu yaşda ana olmağın "böyük bir mükafat olduğunu və insana yenilik gətirdiyini" söyləyir.

"Həyata yenidən həyəcan və əyləncə gözüylə baxmağım mümkün oldu. Yaşlı ola bilərəm, amma uşaqlarımla etdiyim şeylər məni gənc saxlayır".

İctimai mühakimələr hələ ki, real vəziyyəti qəbul etmiş olmasa da, Parker dəyişikliyin qaçılmaz olduğuna inanır.

"Cəmiyyət istəməsə də, daha yaşlı anaların dəstəklənməsi istiqamətində bir tələb var. Cəmiyyətin daha qəbul edən və dəstəkləyən olması, şablonları aşması lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.